Bankçılıq
173

“Bank VTB Azərbaycan” nağd pul kreditinin maksimal məbləğini artırdı

“Bank VTB Azərbaycan” nağd pul kreditinin maksimal məbləğini artırdı

“Bank VTB Azərbaycan” ASC müştərilər üçün nağd kredit üzrə maksimal məbləği 35 min manata çatdırıb. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.

“Bank VTB Azərbaycan”dan nağd krediti 300 manatdan 35 000 manata qədər, 6 aydan 60 aya qədər müddətə, 15%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.

“Bank VTB Azərbaycan” üçün maliyyə xidmətlərinin bütün müştərilər üçün mümkün qədər sadə və əlçatan olması strateji əhəmiyyət kəsb edir. Yeni şərtlər, müştərilərə yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə, sənədləri toplamağa (sərf olunan)vaxtlarını əhəmiyyətli dərəcədə qənaət etməyə və bir dəfə ofisə gələrək kredit üçün müraciət etməyə imkan verəcək. Bu gün Azərbaycan sakinləri arasında bank məhsullarımıza tələbatın artdığını müşahidə edirik - nağd pul krediti portfelimiz 8 ayda 2 dəfə artmaqla 36,3 milyon manata çatıb. Əminik ki, payız və qışda istehlak kreditlərinə tələbatın mövsümi artması fonunda yeni təklif müştərilərimiz üçün xüsusilə aktual olacaqdır”, - deyə “Bank VTB Azərbaycan”ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin vurğulayıb.

Müştərilər kredit müraciətini bankın veb-saytına, "Facebook" və "WhatsApp" messencerlərindəki "Direct" çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.

Bölmədən olan bütün xəbərlər