Bankçılıq
257

Azərbaycanda bağlanmış bankın keçmiş sədri məhkəməyə verilib

Azərbaycanda bağlanmış bankın keçmiş sədri məhkəməyə verilib

Azərbaycan Mərkəzi Bankının 2016-cı ildə lisenziyasını ləğv etdiyi “Gəncə Bank” ASC-nin İdarə Heyətinin keçmiş sədri Pərvanə Novruzova məhkəməyə verilib.

“Renkinq” xəbər verir ki, onu “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (İmişli Şəkər Zavodu) məhkəməyə verib.

İddiaya səbəb alqı-satqı mübahisəsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir. İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Fərrux Qasımovdur.

Bölmədən olan bütün xəbərlər