İnvestisiya
203

"PAŞA Bank"ın Türkiyədəki törəməsi Azərbaycanda 60 milyon dollarlıq istiqraz buraxır

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası" Azərbaycanda 60 milyon ABŞ dolları dəyərində istiqraz buraxmağa hazırlaşır.

Bu barədə "Renkinq" maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 60 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Bölmədən olan bütün xəbərlər