Bankçılıq
167

“Bank VTB Azərbaycan” “Mastercard”la fərdi “cashback”li kampaniyaya start verdi

“Bank VTB Azərbaycan” “Mastercard”la fərdi “cashback”li kampaniyaya start verdi

“Bank VTB Azərbaycan” ASC “Mastercard”la birlikdə müştərilərinə kart nömrəsinin son rəqəminə bərabər fərdi “cashback” almağa imkan verən yeni bir kampaniyaya start verib.

Aksiyada “Mastercard” ödəniş sisteminin bütün kart sahibləri iştirak edə bilərlər.

30 manat və yaxud daha çox məbləğdə kartla ölkə daxilində 3 və ya daha çox əməliyyat edən hər bir müştəriyə hər üçüncü əməliyyat üçün “cashback” veriləcək. “Cashback”in məbləği istifadəçinin kart nömrəsinin son rəqəminə bərabər olacaq. Son rəqəm sıfır olarsa, müştəri 10% “cashback” alacaq.

“Cashback” ödənişdən sonra növbəti ayın ilk 10 günündə hesaba yazılacaq. Kampaniya oktyabrın 27-nə qədər davam edəcək.

“Bank VTB Azərbaycan”ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin qeyd edib ki, rəhbərlik etdiyi bank kart sahibləri üçün əlverişli şərait yaratmaq üçün daim çalışır: “Bu gün müştərilərimizə “Mastercard”la birlikdə yeni bir kampaniya təqdim etməkdən məmnunuq. Əminəm ki, kampaniya istifadəçilərin xoşuna gələcək, çünki bankımızın hər bir kart sahibi fərdi “cashback” əldə edə biləcək”.

Bölmədən olan bütün xəbərlər