Bankçılıq
216

“Kapital Bank” aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırdı

“Kapital Bank” aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırdı

Xəbər verdiyimiz kimi, Sabirabad rayonundan millət vəkili Kamal Cəfərovun təşəbbüsü, “Kapital Bank” ASC-nin və “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin dəstəyi ilə rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə ötən lin sentyabr ayından sosial layihənin icrasına başlanılııb.

Həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 3-ü yüksək bal yığmaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub.

Bununla əlaqədar sentyabrın 24-də Bakı Kitab Mərkəzində keçirilən görüş zamanı Sabirabadın millət vəkilləri Kamal Cəfərov və Ramin Məmmədov, Mərkəzin rəhbəri Günel Anarqızı, “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edib.

Tədbir zamanı tələbə adını qazanan gənclərə “Kapital Bank” adından qiymətli hədiyyələr – noutbuklar, planşetlər və smartfonlar hədiyyə olunub. Tədbirdən sonra tələbələr paytaxtın 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər