Bankçılıq
212

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək

Oktyabrın 25-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.

Bununla belə, ABB-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasının yaratdığı şəraitdə səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Yığıncağın gündəliyi üzrə səsvermə bülleteni oktyabrın 10-na qədər ABB-nin internet səhifəsində yerləşdiriləcək. Səhmdarlar Mülki Məcəllənin 107-3.2-ci maddəsini və “Ümumi Yığıncaq haqqında Əsasnamə”nin 2.11-ci bəndinə uyğun olaraq gündəlikdə olan məsələlərə münasibətlərini dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzalarını qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq etmək, habelə şəxsiyyət vəsiqələrinin surətini təqdim etmək şərti ilə bülleten formasını dolduraraq qapalı zərfdə oktyabrın 24-nə qədər baş ofisə göndərə və səsvermədə qiyabi iştirak edə bilər. Zərfləri ABB-nin korporativ katibi açacaq.

Bölmədən olan bütün xəbərlər