Bankçılıq
159

Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği 62% artıb

Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği 62% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6,094 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. 

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur. 

8 aylıq məbləğin 3,278 milyard manatını elektron ticarət, 2,439 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,377 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib. 

Bölmədən olan bütün xəbərlər