Büdcə
147

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin idarəsi 24 milyon manatlıq 3 tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması (1), yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması (2), eləcə də, yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

“Renkinq” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Mühəndislik Tikinti Təchizat” MMC, “Simplex” QSC və “Element YT” MMC-dir.

Qalib şirkətlərə 4,894 milyon manat, 6,484 milyon manat və 13,1 milyon manat, ümumilikdə isə 24,478 min manat ödəniləcək.

Bölmədən olan bütün xəbərlər