Bankçılıq
170

Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 426,7 milyon manat təşkil edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 7,6% çoxdur.

Bankların aktivlərinin 13 981,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 7,8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,7%-dən 41,8%-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,6% artaraq 28 613 milyon manata, o cümlədən depozit portfeli 16,25% artaraq 22 749,7 milyon manata çatıb. Bunun 8 400,2 milyon manatı fiziki, 14 439,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,2%, şirkətlərin banklardakı vəsaitləri isə 21,55% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9% azalaraq 370,9 milyon manat olub.

Sektorun balans kapitalı isə 2,1% artaraq 4 813,7 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər