Bankçılıq
161

Azərbaycan vətəndaşlarının “sevimli” banklarının adları açıqlanıb

Azərbaycan vətəndaşlarının “sevimli” banklarının adları açıqlanıb

Azərbaycanda banklardan kredit götürmək istəyənlərin 28,4%-i bunun üçün ilk növbədə “Kapital Bank” ASC-yə üz tutur.

“Renkinq” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin əhali arasında telefonla keçirdiyi sorğu nəticəsində məlum olub.

Növbəti yerlərdə 9,8%-lə “Unibank” ASC və 8,9%-lə “Bank of Baku” ASC qərarlaşıb.  

Əhalinin xidmətindən ən çox istifadə etdiyi bank da “Kapital Bank”dır (38,4%). Növbəti yerləri “Azərbaycan Beynəlxalq Bankı” ASC (14%)  və “Unibank” (5,4%) tutub.

Sorğu 24 avqust - 6 sentyabr tarixlərində 1 069 respondent arasında keçirilib. Əminlik intervalı 95%, statistik xəta əmsalı isə 3% təşkil edib.

Bölmədən olan bütün xəbərlər