İnvestisiya
214

Azərbaycanda bir neçə investisiya şirkəti eyni emissiyanın anderrayteri ola biləcək

Azərbaycanda bir neçə investisiya şirkəti eyni emissiyanın anderrayteri ola biləcək

Bundan sonra Azərbaycanda qiymətli kağızların yerləşdirilməsi (emissiya) üzrə anderraytinq xidməti birdən artıq investisiya şirkəti birgə təklif edə biləcək.

"Renkinq" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının bu il avqustun 31-də təsdiqlədiyi və sentyabrın 16-dan qüvvəyə minmiş “İnvestisiya şirkətlərinin investisiya xidmətləri (əməliyyatları) həyata keçirməsi Qaydası”na edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Qurumda hesab edirlər ki, bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək.

Bölmədən olan bütün xəbərlər