İnvestisiya
129

“TBC Kredit” BOKT 3 milyon manatlıq istiqraz buraxır

“TBC Kredit” BOKT 3 milyon manatlıq istiqraz buraxır

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Renkinq" bu barədə qiymətli kağızların İnformasiya Memorandumuna istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər yarım ildən bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb. 

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar sentyabrın 23-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

Bölmədən olan bütün xəbərlər