Sığorta
178

"Standard Insurance”in baş ofisinin və rəsm əsərlərinin satışına dair növbəti hərraclar keçiriləcək

Sentyabrın 21-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 5-ci hərrac keçiriləcək.

Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1,575 milyon manat qiymət müəyyən olunub. Bu məbləğin 5%-i, yəni 78 750 manat beh kimi ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Həmin gün qeyd olunan ünvanda həmçinin "Standard Insurance”ə məxsus rəsm əsərləri 2-ci dəfə hərraca çıxarılacaq. 5 rəsm əsərinin hər biri üçün 1 350 manat qiymət müəyyən edilib. Bu məbləğin 5%-i, yəni 67,5 manat beh kimi ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Rəsm

əsəri

Əsərin

müəllifi

Əsərin ölçüsü

Hərrac dəyəri

(manatla)

Behin məbləği

(manatla)

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-1

1 350

67,5

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-2

1 350

67,5

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-3

1 350

67,5

Şəkil "Köhnə Bakı"

Şübhan Məmmədov

80x140

1 350

67,5

Şəkil "Mənim Bakım"

Sübhan Məmmədov

60x100.5

1 350

67,5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər