Büdcə
105

Azərbaycanın qeyri-neft sektoru 6%-ə yaxın böyüyüb

Azərbaycanın qeyri-neft sektoru 6%-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 54 730,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2% azalıb, qeyri neft-qaz sektorunda isə 5,7% artıb.

ÜDM istehsalının 40,4%-i sənaye, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ni təşkil edib.

Son bir ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 18,5% artaraq 5 466 manat olub.

Bölmədən olan bütün xəbərlər