Bankçılıq
113

“Access Bank”dan sahibkarlar üçün “Tez Kart”

“Access Bank”dan sahibkarlar üçün “Tez Kart”

“Access Bank” QSC-dən kiçik və orta sahibkarlar üçün yenilik! İlk dəfə olaraq Bank sahibkarlar üçün kredit - biznes kart təklif edir. "Tez Kart" adlı kart müştərinin təkrar sənədləşmə aparmadan (kredit müqaviləsi, zaminlik müqaviləsi imzalamadan) kredit limiti əldə etməsinə imkan yaradır. Bunun üçün müştərinin son 12 ay ərzində kənd təsərrüfatı, (bitkiçilik, meyvə bağları və ildə bir məhsul verən sahələr istisna olmaqla) ticarət və yaxud istehsal sektorunda fəaliyyət göstərməsi tələb olunur. 

"Tez Kart" müştərilərə ödənişsiz təqdim olunur. Kartın müddəti 60 ay, təklif etdiyi maksimal məbləğ isə 15 000 manatdır. “Tez Kart”ın maksimal illik faiz dərəcəsi 24% təşkil edir. “Tez kart” müştəriləri üçün ölkə daxilində bütün bankomatlarda nağdlaşdırma komissiyasızdır (1% vergi xərci istisna olmaqla). 

Ətraflı məlumat əldə etmək üçün linkə daxil olun

Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və yaxud 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və yaxud sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) əldə etmək mümkündür. 

Bölmədən olan bütün xəbərlər