Bankçılıq
116

Mikro kreditlər üzrə ən sərfəli şərtlər “Bank Respublika”da oldu!

Mikro kreditlər üzrə ən sərfəli şərtlər “Bank Respublika”da oldu!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən "Bank Respublika" ASC payızın gəlişi ilə sahibkarlar üçün yeni “Ondan Sərfəli Yoxdur” adlı mikro və aqro kredit kampaniyasına start verib.

Belə ki, Bank mikro və aqro kreditlər üzrə faiz dərəcəsini 10%-ə qədər endirib və şərtləri daha da əlverişli edib.

Noyabrın 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar mikro və aqro kreditləri aşağıdakı şərtlərlə əldə etmək imkanı qazanacaq:

Məbləğ - 50.000 AZN;

Müddət - 36 aya qədər;

Komissiya - yox;

Zamin – tələb olunmur;

Güzəşt müddəti – 9 aya qədər.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Mikro və aqro kreditlər üçün - Ondan Sərfəli yoxdur!

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytındanfacebook səhifəsindən , eləcə də "WhatsApp"da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər