Bankçılıq
248

“Muğan Bank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Bankdakı payını artırıb

“Muğan Bank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Bankdakı payını artırıb

“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

“Renkinq” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 milyon manat və yaxud 4,9% artırılaraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd yeni adi, sənədsiz, adlı səhmin hamısını “Muğan Bank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev əldə edib. Bununla da, o, Bankdakı payını 66,17%-dən 67,74%-ə çatdırıb.

Əvəzində digər 3 səhmdarın payı azalıb. Belə ki, Maqbet Mehdiyev payını 12,14%-dən 11,58%-ə, Vəfa Vəliyeva payını 11,17%-dən 10,65%-ə, Fəridə Mehdiyeva isə payını 10,52%-dən 10,03%-ə endirib.

Bölmədən olan bütün xəbərlər