Bankçılıq
246

Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv aparılması və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “Tədavüldə təmiz pul siyasəti” həyata keçirir.

“Renkinq” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu siyasət çərçivəsində ölkədəki kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Bununla belə, son günlər mətbuatda və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti banklar daşıyır. Bununla əlaqədar bütün banklara, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Bölmədən olan bütün xəbərlər