İnvestisiya
159

ARDNF Cənubi Koreyadakı şirkətini ləğv edib

ARDNF Cənubi Koreyadakı şirkətini ləğv edib

Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı MAPS21 şirkətini ləğv edib. 

"Renkinq" bu barədə Fondun audit hesabatına istinadən xəbər verir. 

Buna səbəb Fondun həmin ölkədə aldığı daşınmaz əmlakı ötən il satmasıdır. 

Hazırda ARNDF ölkə xaricində 13 törəmə şirkətə malikdir. Bunlardan 5-i Böyük Britaniyada (Cersi), 5-i Lüksemburqda, 1-i Yaponiyada, 1-i Fransada, 1-i isə Rusiyada yerləşir. Şirkətlərdən 12-də Fondun payı 100%, 1-də (Yaponiyada) isə 98%-dir. 13 şirkətdən 9-u əmlakın, 4-ü isə investisiyanın idarə edilməsi məqsədi ilə yaradılıb. 

Bölmədən olan bütün xəbərlər