Sığorta
165

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-iyul aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alıniyulıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 7 ay ərzində 2,973 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 120,693 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,8% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Meqa Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 27,2% azalaraq 14,782 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 2,2% azalaraq 13,516 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər