İnvestisiya
270

"Embafinans" BOKT-un istiqrazlarına 7 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 4 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

“Renkinq” bu barədə Birjaya istinadən xəbər verir. 

Məlumata görə, hərraca 7 investor ümumilikdə 4,126 milyon manatlıq sifariş təqdim edib. Başqa sözlə, qiymətli kağızlara tələb təklifi üstələyib və onların hamısı yerləşdirilib. 

Xatırladaq ki, istiqrazlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. 

Bölmədən olan bütün xəbərlər