Sığorta
233

"Bakı Sığorta" bu ilin I yarısını zərərlə başa vurub

"Bakı Sığorta" ASC bu ilin I yarısını 1,025 milyon manat zərərlə başa vurub. 

"Renkinq" bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir. 

Sənədə əsasən, 2021-ci ilin yanvar-iyun aylarında "Bakı Sığorta"nın gəlirləri 965 min manat, xərcləri isə 1,99 milyon manat təşkil edib. 

Bu il iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 12.548 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 6,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 82,2% artaraq 3,963 milyon manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 8,585 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər