İnvestisiya
204

“Embafinans” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

“Embafinans” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Avqustun 26-da "Bakı Fond Birjası" QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 4 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Renkinq” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 4 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər Birjanın üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. 

Bölmədən olan bütün xəbərlər