Sığorta
246

"Standard Insurance”in inventarlarının satışına dair hərrac keçiriləcək

Avqustun 23-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin 942 ədəd inventarının (ofis mebelləri, elektrik avadanlıqları, kondisionerlər) satışına dair hərrac keçiriləcək.

Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq. 

Əmlaklar üçün 21,05 milyon manat ümumi qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 1 052,5 manat beh kimi avqustun 21-nə qədər hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinar-emlak/legv-prosesinde-olan-standard-insurance-sigorta-sirketinin-legvetme-komissiyasinin-sifarisi-ile-legvetmede-olan-sirkete-mexsus-942-eded-inventarlar-aciq-herraca-cixarilmisdir

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər