İnvestisiya
351

"ABB İnvest İnvestisiya Şirkəti" ötən ili zərərlə başa vurub

"ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2020-ci ili 39 min manat xalis zərərlə başa vurub. 

"Renkinq" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. 

Sənədə əsasən, ötən il "ABB-İnvest"in vergiyəqədərki zərəri 48 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 10 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə investisiya şirkətinin aktivləri 262 min manat olub ki, bunun da 1 min manatı onun öhdəliklərinin, 261 min manatı isə balans kapitalının hesabına formalaşıb. 

Bölmədən olan bütün xəbərlər