Sığorta
281

Azərbaycanda bağlanmış sığortaçıya məxsus rəsm əsərləri hərraca çıxarılacaq

Azərbaycanda bağlanmış sığortaçıya məxsus rəsm əsərləri hərraca çıxarılacaq

Avqustun 24-də, saat 11:00-da ləğv prosesində olan "Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rəsm əsərləri hərraca çıxarılacaq.

Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq.

5 rəsm əsərinin hər biri üçün 1 500 manat qiymət müəyyən edilib. Bu məbləğin 5%-i, yəni 75 manat beh kimi ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

 

Rəsm

əsəri

Əsərin

müəllifi

Əsərin ölçüsü

Hərrac dəyəri

(manatla)

Behin məbləği

(manatla)

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-1

1500

75

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-2

1500

75

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-3

1500

75

Şəkil "Köhnə Bakı"

Şübhan Məmmədov

80x140

1500

75

Şəkil "Mənim Bakım"

Sübhan Məmmədov

60x100.5

1500

75

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər