Sığorta
259

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əməkdaşlarının tibbi sığortalanması üzrə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

“Renkinq” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 16-sı, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 24-ü, saat 17:00-a qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 441-24-23 (daxili: 195).

Təkliflərə sentyabrın 27-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bölmədən olan bütün xəbərlər