Sığorta
313

“Günay Sığorta” bu ilin I yarısını zərərlə başa vurub

“Günay Sığorta” bu ilin I yarısını zərərlə başa vurub

“Günay Sığorta” ASC bu ilin I yarısını 554 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 630 min manat xalis mənfəətlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, yanvar-iyun aylarında “Günay Sığorta”nın gəlirləri 4,922 milyon manat (illik müqayisədə 4,5% çox), xərcləri isə 5,477 milyon manat (39,5% çox) təşkil edib.

Bu il iyulun 1-nə “Günay Sığorta”nın aktivləri 16,134 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 33,7% artaraq 7,991 milyon manata çatıb, balans kapitalı isə 4,2% azalaraq 8,143 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər