Sığorta
235

"A-Qrup Sığorta" İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib, "Yaşıl Kart"a qoşulub

“İcbari Sığortalar Haqqında” qanunun tələblərinə müvafiq olaraq “A-Qrup Sığorta” ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.

"Renkinq" bu barədə Büroya istinadən xəbər verir. 

Bununla da, İSB-nin üzvü olan sığorta şirkətlərinin sayı 19-a çatıb. 

Büro həmçinin "A-Qrup Sığorta"ya "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ verib və "Yaşıl Kart"a qoşulmuş sığorta şirkətlərinin sayını 14-ə çatdırıb. Digər 13 sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), eləcə də "Atasığorta", "Atəşgah Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Azsığorta", "Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Naxçıvan Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.

Bölmədən olan bütün xəbərlər