Sığorta
137

“Günay Sığorta”nın səhmdarlarının pay bölgüsü dəyişib

“Günay Sığorta”nın səhmdarlarının pay bölgüsü dəyişib

“Günay Sığorta” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Renkinq” xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 500 min manat və yaxud 6,5% artırılaraq 7,7 milyon manatdan 8,2 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün dövriyyəyə buraxılmış  hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd yeni adi, sənədsiz, adlı səhmi “Günay Sığorta”nın səhmlərinin 28,06%-nə nəzarət edən Mahmud Məmmədov əldə edib və payını 32,45%-ə çatdırıb. Əvəzində digər səhmdar Yeganə Şirinovanın payı 71,94%-dən 67,55%-ə düşüb.

Bölmədən olan bütün xəbərlər