Büdcə
184

Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 7% azalıb

Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 7% azalıb

Bu ilin I yarısında Azərbaycanda Milli Ödəniş Sistemi üzrə 98,5 milyard manat dəyərində 35,5 milyon əməliyyat aparılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmala istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,4% az və 28,2% çoxdur.

6 aylıq əməliyyatların 82,3 milyard manatlıq 0,5 milyon ədədi Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), 15,3 milyard manatlıq 35 milyon ədədi isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə aparılıb. 1 il əvvəl AZİPS üzrə əməliyyatların ümumi dəyəri 93,5 milyard manat, sayı 0,4 milyon ədəd, XÖHKS üzrə isə əməliyyatların ümumi dəyəri 12,9 milyard manat, sayı 27,3 milyon ədəd təşkil edib.

Bölmədən olan bütün xəbərlər